`Azərbaycan ordusunu təchiz etməyə hazırıq` - Pakistanlı nazir
19:10 09 Sentyabr 2016
Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə bu ölkənin müdafiə sənayesi federal naziri Rana Tanvir Hüseynlə görüşüb.
Səfirlikdən Femida.az-a verilən məlumata görə, görüşdə Azərbaycan və Pakistanın müdafiə sənayesi sahəsində əməkdaşlığının davamı və qarşıda duran vəzifələr, hər iki ölkədə keçirilən sərgilərdə iştirakın təmin olunması, təcrübə mübadiləsi, elmi əməkdaşlıq, qarşılıqlı səfərlərin təşkili, iki ölkə rəhbərlərinin səmimi dostluğunun yaratdığı imkanlar haqqında fikir mübadiləsi aparılıb.
Ermənistanın təxribatları barədə məlumat verən səfir Pakistanın birmənalı dəstəyinin Azərbaycan dövləti və xalqı tərəfindən daim yüksək qiymətləndirildiyini bildirib. O, Azərbaycanın da hər zaman Pakistanın yanında olduğunu, Kəşmir üzrə İslam Əməkdaşlıq Təşkilatının Təmas qrupunun üzvü kimi Kəşmir məsələsinin BMT TŞ qətnamələri əsasında tezliklə həlli tərəfdarı olduğunu diqqətə çatdırıb.
Rana Tanvir Hüseyin isə Pakistanın Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olduğunu və Azərbaycanı daim dəstəklədiyini qeyd edib. Pakistanın müdafiə sənayesi müəssisələrinin istehsal imkanları haqqında məlumat verən nazir Azərbaycan ordusunu müdafiə sənayesi məhsulları ilə təchiz etməyə hazır olduqlarını vurğulayıb. O, ölkəsinin sentyabrın 27-30-da Bakıda keçiriləcək ADEX-2016 müdafiə sərgisində iştirak edəcəyini deyib.
Oxunub: 8206
Oxşar xəbərlər
- `Azərbaycan ordusu silahları yeniləyib` - General mesaj verdi
- `Azərbaycan əhəmiyyətli bir tranzit mərkəzə çevrilir` - Sekuta
- `Azərbaycan Rusiya ilə tərəfdaşlığı genişləndirir` - İlham Əliyev
- `Azərbaycan-İran sərhədində heç bir problem yoxdur` - DSX rəisi
- `Azərbaycanla bağlı heç bir şübhəmiz yoxdur` - Lavrov
- `Azərbaycanda kişilərin yarısı siqaret çəkir` - Hadi Rəcəbli
- `Azərbaycan İranın yaxşı qonşusudur` - Zərif
- `Azərbaycan və Pakistanın daim yanındayıq` - Çavuşoğlu
- `Azərbaycan Qazaxıstan üçün strateji tərəfdaşdır` - Baş nazirin müavini
- `Azərbaycanda ünvanlı sosial yardım ləğv ediləcək` - Nazir